Məşhur cazmen Vaqif Mustafazadənin Əzizədən başqa birinci evliliyindən Lalə adlı qızı var. “Qafqazinfo”nun məlumatına görə, bunu görkəmli pianoçunun adını daşıyan ev muzeyi və fondunun rəhbəri Afaq Əliyeva deyib.
O bildirib ki, Vaqif Mustafazadə nəslinin davamçısı isə pianoçunun ilk övladı olan Lalənin oğludur: “Fransada yaşayan Lalə Mustafazadə də bacısı Əzizə kimi musiqiçidir. O, hazırda Parisin nüfuzlu “Grand Opera”sında çalışır. Çoxları bilmir ki, Vaqifin ilk evliliyi çox gənc yaşlarında olub. İlk həyat yoldaşı Nərminə xanımla Neft Akademiyasında təhsil aldığı illərdə tanış olmuşdu. Orada tez-tez caz gecələri keçirilirdi və onlar birlikdə çıxış edirdilər. 1965-ci ildə isə Lalə dünyaya gəldi. Lalə də musiqiçidir. Təhsilini Bülbül adına orta ixtisas Musiqi məktəbində və Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasında alıb. 1991-ci ildə Lalə Fransada keçirilən beynelxalq müsabiqədə ən yüksək mükafata layiq görülmüşdü. Elə həmin illərdən Parisdə yaşayır. O, fransıza ərə gedib və bir oğlu var. Vaqifin nəvəsinin adı Mikayıldır”.
Qeyd edək ki, Əzizə və Lalənin bir-birilə heç bir münasibəti yoxdur. Hətta onların küsülü olduğu deyilir.