Ermənistan prezidenti Serj Sarkisyan bu gün Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu, Serj Sarkisyanın yenidən prezident seçilməsindən sonra ilk xarici səfəridir. Onun Vladimir Putinlə son görüşü ötən il dekabrın 19-da Moskvada keçirilmişdi.
“Danışıqlar zamanı Rusiya-Ermənistan münasibətlərinin gələcək inkişafı, regional problemlər, MDB məkanında, o cümlədən, Avrasiya inteqrasiya prosesləri çərçivəsində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq”, – ANS PRESS-in məlumatına görə, Kremlin saytında yerləşdirilən məlumatda deyilir.
Kremlin mətbuat xidmətinin məlkmatına görə, Rusiya Ermənistanın əsas xarici iqtisadi müttəfiqidir (xarici ticarət balansının 16 faizi). 2012-ci ildə iki ölkə arasında mal dövriyyətinin həcmi 22,3 faiz artıb və 1,2 milyard dollara çatıb.
Ermənistan iqtisadiyyatına invesitisiya qoyuluşunun 50 faizdən çoxu Rusiyanın payına düşür.