Bu gün səhər saatlarında, təxminən 08:20-08:35 radələrində Bakı Metropoliteninin “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyaları arasında qatar təxminən 10 dəqiqə tuneldə qalıb.
Milli.az-ın məlumatına görə, qatarın maşinisti problemin “platformada başqa qatarın olması” ilə izah edib. Daha sonra qatar yenə 2-3 dəqiqə dayanıb. Bu zaman vaqonlardakı sərnişinlərin arasında bir neçə nəfərin halı pisləşib.
Bakı Metropoliteninin “Dərnəgül-İçərişəhər” xəttində problemlər yaranıb. “Koroğlu” stansiyasında yüzlərlə sərnişin platformada qatar gözləməli olub.
Metropolitenin dispetçer xidmətindən “APA-Economics”ə verilən məlumata görə, baş verən gecikmə həmin istiqamətdə hərəkət edən qatarların birində nasazlığın baş verməsi ilə əlaqədar olub. Həmin qatar xətdən çıxarılanadək metronun işində fasilə yaranıb. Xidmətdən bildirilib ki, nasaz qatar depoya göndəriləndən sonra hərəkət bərpa olunub, hazırda metronun işi normal rejimdə davam edir.