Azərbaycanda fəaliyyət göstərən çörəkbişirmə müəssisələrində istehsal olunan çörəyin qiymətinin artırılması üçün heç bir iqtisadi əsas yoxdur. APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov deyib.
Nazir bildirib ki, rəhbərlik etdiyi qurum çörəyin qiymətinin formalaşmasına nəzarət etmir: “Ölkədə taxılın istehsal və idxal həcmləri bəllidir. Bu səbəbdən qiymət artımı üçün heç bir əsas görmürəm”.
İ.Abasov qeyd edib ki, bu sahədə qiymətlərin tənzimlənməsini dövlət deyil, çörək istehsalçıları həyata keçirir: “Əgər bahalaşma varsa, bu suallar onlara ünvanlanmalıdır. Xammal necəyə başa gəlirsə, çörəyin qiyməti də buna uyğun tənzimlənir”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.