Azərbaycanın tanınmış xanım teleaparıcısı yol qəzasına düşüb. Milli.Az-ın məlumatına görə, “Space” kanalının xəbərlər proqramı, həmçinin Dövlət Yol Polisi ilə birgə yayımlanan “Siqnal” verilişinin aparıcısı Zamirə Dadaşovanın idarə etdiyi “Hyundai” markalı avtomobil bu gün “Jiquli” markalı avtomobillə toqquşub. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.
Zamirə Dadaşova bildirib ki, hadisə Nərimanov rayonu, Təbriz küçəsində baş verib. Onun sözlərinə görə, qəzanın baş verməsində onun heç bir günahı olmayıb: “Aşağı sürətlə gedirdim, qəflətən “Jiquli” arxadan çırpıldı. Çox qorxdum. Özümə heç nə olmayıb. Maşının arxa hissəsinə ciddi ziyan dəyib”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.