Gəncə şəhər Baş Polis İdarəsinin rəisinin birinci müavini Anar Əkbərov tutduğu vəzifədən azad olunub. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə A.Əkbərov sərəncama götürülüb. Boş qalmış birinci müavin vəzifəsinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, polis general-mayoru Rasim Musayev Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildikdən sonra A.Əkbərov bir müddət rəis vəzifəsini icra edib. Fevral ayında isə Bakının Xəzər rayon Polis İdarəsinin rəisi polis polkovniki Faiq Şabanov Gəncə şəhər Baş Polis İdarəsinə rəis təyin olunub.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.