Bakının Yasamal rayonu ərazisində zəncirvari qəza olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Yeni Dairəvi yolda baş verən iki qəzada 5 avtomobil toqquşub. Qəza zamanı toqquşan “Mercedes” markalı iki avtomoğilin sürücüsü xəsarət alıb.
Bu zaman yolun əks tərəfindən qəzaya baxmaq üçün sürücülərin avtomobilin sürətini azaltması daha böyük qəzaya səbəb olub. “Toyota” markalı avtomobil qarşısında sürətini azaldan “Chevrolet” markalı avtomobilə, o isə digər minik maşınına çırpılıb.
Faktla bağlı araşdırma aparılır.