UEFA Avropa Liqasında növbəti mərhələnin ilk oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, Türkiyənin “Fənərbağça” klubu səfərdə Belarusun BATE komandası ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb. Qarşılaşmanın 4-cü dəqiqəsində Türkiyə klubunun futbolçusu meireles qırmızı kartla meydandan qovulub. Cavab oyunu fevralın 21-də İstanbulda keçiriləcək.